DİN Zabratda səkkizinci sinif şagirdinin döyülməsi ilə bağlı araşdırmaya başladı - YENİLƏNİB

Bakı Şəhəri 75 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi qeyri-dərs günü məktəbdən kənar ərazidə fiziki və psixoloji təzyiqə məruz qalıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lim10.az-a bildirib ki, hadisə ilə bağlı polisə bugün məlumat daxil olub.

Hazırda araşdırma aparılır.

19:33

Bakı Şəhəri 75 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi qeyri-dərs günü məktəbdən kənar ərazidə fiziki və psixoloji təzyiqə məruz qalıb.

Bu barədə APA-ya məktəbdən məlumat verilib.

Bildirilib ki, məsələ ilə əlaqədar şagirdin valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Qeyd edək ki, şagirdin Sabunçu rayonunun Zabrat qəsəbəsində yeddi nəfər yeniyetmə tərəfindən döyüldüyü barədə məlumat yayılıb.