Qətər XİN: “İsrail atəşkəsə razıdır, HƏMAS da müsbət yanaşır”

İsrail rəhbərliyi Qəzza zolağında atəşkəs şərtləri ilə razılaşdığını bildirib. 

Bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib. 

Qətər həmçinin Fələstinin HƏMAS hərəkatından razılaşmanın şərtlərinin ilkin müsbət təsdiqini alıb. 

Xatırladaq ki, yanvarın 28-də Qətər, ABŞ və Misirin İsraillə Fələstinin HƏMAS hərəkatı arasında müvəqqəti atəşkəsə dair razılaşmanın hazırlanmasını bitirdikləri məlum olub. Razılaşma iki mərhələdən ibarətdir və Qəzza zolağında iki ay müddətində atəş dayandırılacaq.