Fransanın NATO və Aİ-dən təcili çıxması tələb edildi
![](https://lim10.az/images/article/big/1706984942.8273.jpg)
“Fransa müstəqilliyini qorumaq üçün təcili olaraq NATO-dan çıxmalıdır”.
Bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.
“Birləşmiş Ştatlarda güc elitaları bütün dünyada münaqişələri qızışdırmağa çalışırlar, Fransanın bununla heç bir əlaqəsi olmamalıdır. Təcili olaraq NATO-nu tərk etməliyik”, - o bildirib.
Siyasətçinin sözlərinə görə, “NATO və Aİ-dən çıxmaqla Fransa müstəqilliyini bərpa edəcək və öz milli maraqlarını daha yaxşı qoruya biləcək”.
Mənbə: TASS