Hindistanda "həbs olunan" göyərçin azadlığa buraxılıb

 Hindistanda 8 ay əvvəl "həbs olunan" göyərçin azadlığa buraxılıb.

Keçən ilin mayında Mumbayda körpü üzərinə qonmuş göyərçin polislərin diqqətini çəkib.

Ayaqlarına çoxlu sayda üzük keçirilmiş quşun qanadlarında çin heroqliflərinə bənzər işarələr görünüb. Güc strukturları quşun Çinin casusu olduğunu ehtimal edərək onu "həbs" ediblər.

Aylarla çəkən araşdırmalardan sonra məlum olub ki, göyərçin Tayvandan gəlib. Belə ki, Tayvanda quşların yarışında iştirak edən bu şübhəli göyərçin yolunu azaraq sərhədi keçib və Hindistana gəlib çıxıb.