ABŞ prezidentliyinə namizəd təhdidlərə məruz qalıb

ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi və prezidentliyə namizəd Nikki Heyli qoruma tələbi üzrə Birləşmiş Ştatların Məxfi Xidməti ilə əlaqə saxlayıb.

“Bir çox təhdidlər var idi. Amma bu məni görməli olduğum işi dayandırmağa vadar etməyəcək”, - deyə siyasətçi bildirib.

Heyli onu Məxfi Xidmətlə əlaqə saxlamağa məcbur qoyan səbəbləri açıqlamayıb. Lakin medianın namizədin seçki qərargahına istinadən yazdığına görə, buna səbəb hədələr olub. Qərargah onların məzmununu açıqlamayıb.

ABŞ Məxfi Xidməti dövlətin yüksək vəzifəli şəxslərinin qorunmasına cavabdehdir.

Mənbə: RBC