Hindistanda pirotexnika zavodunda baş verən partlayışda xəsarət alanların sayı 170-i keçib

Dünən Hindistanda pirotexnika fabrikində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 174 nəfərə çatıb.

Məlumata görə, polis zavodun iki sahibini saxlayıb. Onlara qarşı ittiham irəli sürülüb.

Partlayışın səbəbi hələ müəyyən edilməyib.

Qeyd edək ki, dünən Hindistanın mərkəzindəki Bayraqarh (Madhya Pradeş) kəndində gizli baş verib. Hadisə nəticəsində azı 11 nəfər dünyasını dəyişib.

Mənbə: gazeta.ru