Dünyada nələr baş verib?



 Şimali Koreya özünümüdafiə məqsədilə qabaqlayıcı nüvə zərbələri endirmək hüququnu təsbit edən və nüvəsizləşdirmə üzrə danışıqları qadağan edən qanun qəbul edib. Şimali Koreya lideri Kim Çen İnın sözlərinə görə, bu, ölkənin nüvə statusunu “dönməz” edən addımdır. Şimali Koreya 2017-ci ildə görünməmiş sayda silah sınaqları keçirib.

 Donetsk və Luqansk Xalq Respublikalarının Rusiyaya qoşulması referendum olmadan da baş tuta bilər. Bunu Krımın rəhbəri Sergey Aksyonov deyib. Onun sözlərinə görə, 2014-cü ildə Krım referendumunun nəticələrini "az adamın tanıdığını" nəzərə alsaq, bu, məntiqli qərardır. O vurğulayıb ki, Krım bu məsələdə istənilən yardımı – mənəvi, maddi və metodiki göstərməyə hazırdır.

 G7 ölkələri (ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya, Almaniya, İtaliya, Fransa) dekabrın 5-nə kimi Rusiyadan neftin qiymətinə yuxarı həddi müəyyən etmək niyyətindədir, bunu ABŞ-ın maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib. Dekabrın 5-də Rusiya neftinin dəniz yolu ilə tədarükünə Aİ tərəfindən may ayının sonu və iyunun əvvəlində tətbiq edilən embarqo nəhayət ki, qüvvəyə minəcək. Bu vaxta qədər Rusiya neftinin idxalı və ya alışı haqqında iyunun 4-dək bağlanmış müqavilələrin icrası üçün “birdəfəlik” əməliyyatlara icazə verilir.

 ABŞ İrana məxsus PUA-ların Rusiyaya daşınması üçün hərbi uçuşları koordinasiya etməkdə ittiham etdiyi “Safiran Airport Services” və PUA-ların istehsalı ilə məşğul olduğunu iddia edilən daha üç şirkətə qarşı sanksiya tətbiq edib. Tehran ittihamları rədd edir.

 Ukrayna BMT vasitəsilə Rusiyadan dəymiş ziyanın ödənilməsi üçün beynəlxalq mexanizmin yaradılmasını istəyir. Kiyev bu zərəri 300 milyard dollardan çox qiymətləndirir. Oktyabrda BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi planlaşdırılır. Ukraynanın qətnaməsi təsdiq olunarsa, Kiyev “zərərçəkənlərə və Ukrayna hökumətinə dəymiş ziyana görə iddialara baxmaq üçün” komissiyanın yaradılması haqqında beynəlxalq müqavilənin hazırlanması və ratifikasiyası üzrə danışıqlara başlayacaq. Xüsusilə, bu müqavilədə Kiyev Rusiya Federasiyasının sanksiyalar altında dondurulmuş aktivlərinin müsadirə edilməsi üçün əsaslar təyin etmək istəyir.