ABŞ-də helikopter Nevadadan Kaliforniyaya gedərkən itib

ABŞ-də göyərtəsində beş dəniz piyadası olan helikopter yoxa çıxıb.

Qeyd olunub ki, “CH-53E Super Stallion” təyyarəsi ötən gecə Las-Veqas yaxınlığındakı bazadan San Dieqo istiqamətində uçub. Hava şəraiti ilə əlaqədar olaraq uçuş çətinləşib. Nəticədə helikopter təyinat yerinə çatmayıb.

Bildirilib ki, Dəniz Piyadaları Korpusu xilasediciləri yardım üçün çağırıblar. Bundan sonra təcili yardım xidmətləri əlçatmaz səhra ərazisində axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.

Mənbə: ABC News