Moldova Avropa İttifaqına daxil olmanın texniki mərhələsinə başlayıb

Moldova Avropa İttifaqına (Aİ) daxil olmanın texniki mərhələsinə başlayıb.

Bunu respublika baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova bildirib.

“Fevralın 7-də biz Moldovanın Aİ-yə daxil olması ilə bağlı texniki işlərin birinci mərhələsinə qədəm qoyduq. Bizim ölkəmizin müasir tarixində Aİ ilə ən dərin və ən yaxın əlaqələrimiz var”, - o bildirib.

Gerasimova qeyd edib ki, birinci mərhələdə milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsi aparılıb.

Mənbə: gazeta.ru