Türkiyə Silahlı Qüvvələri modernləşdirilmiş “M60T” tankları alıb - VİDEO

“TİYK-M60T” layihəsi çərçivəsində ən qabaqcıl texnologiyalarla təchiz edilən “M60T” tankları Türkiyə Silahlı Qüvvələrinin tərkibinə daxil edilib.

Məlumata görə, “TİYK-M60T” layihəsi sayəsində İsrail istehsalı olan atəşə nəzarət sistemindən asılılıq dayandırılıb. “ASELSAN VOLKAN-M” atəşə nəzarət sistemi və “Roketsan” əlavə zirehli mühafizə sistemi istifadəyə verilib. “ASELSAN”, həmçinin “FIRAT-M60T” layihəsi çərçivəsində bir çox yerli sistemləri “M-60T”yə inteqrasiya edib.

Mənbə: SavunmaSanayiST.com