ABŞ-də helikopter qəzaya uğrayıb: Ölənlər var

Göyərtəsində altı nəfərin olduğu helikopter ABŞ-ın Kaliforniya və Nevada ştatlarının sərhədində qəzaya uğrayıb.

Bu barədə NBC televiziyası ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində sağ qalan olmayıb.

FAA və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: NBC