İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir - YENİLƏNİR

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu  ünvanlayıb.

President.az xəbər verir ki, məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Seçkidəki qələbəniz Azərbaycanın daxili və xarici siyasətində müstəsna dərəcədə uğurlu fəaliyyətinizin bariz göstəricisidir. Həyata keçirdiyiniz müstəqil və qətiyyətli siyasət sayəsində Azərbaycan dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirib, regionda aparıcı dövlətlərdən birinə çevrilib.

Seçkidən sonra Sizinlə görüşümü məmnuniyyətlə xatırlayıram. Sizin türk dünyasına verdiyiniz xüsusi önəm, türk dövlətləri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olması türk birliyi və həmrəyliyinin, habelə Türk Dövlətləri Təşkilatının bundan sonra da inkişaf edərək möhkəmləndirilməsinə mühüm töhfədir.

Sizə möhkəm cansağlığı arzu edir, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə yeni uğurlar diləyirəm”.

16:05

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) adından səmimi təbriklərimi çatdırıram.

Sizin son seçkilərdəki inamlı qələbəniz Azərbaycan xalqının liderliyinizə olan inamının və etimadının sübutudur. Bu, həm də ölkənizin inkişafı və rifahı naminə fədakarlığınızın, baxışlarınızın və sarsılmaz sadiqliyinizin təzahürüdür.

Biz ICESCO olaraq müdrik rəhbərliyiniz altında Azərbaycanla əməkdaşlığımızı davam etdirməyə, İslam dünyasında təhsil, elm və mədəniyyət sahələrinin inkişafına ümid bəsləyirik.

Sizin davamlı dəstəyinizin regionda mədəniyyət mübadiləsi, elmi araşdırmalar və təhsil sahələrini inkişaf etdirmək təşəbbüslərinə müsbət təsiri olmuşdur. Biz əminik ki, Sizin yeni mandatınızla Azərbaycan gələcək illərdə daha da böyük nailiyyətlərə imza atacaqdır.

Sizin bütün İslam dünyasında əks-səda doğuran, gənclərin inkişafını dəstəkləyən, həmçinin sülh və tərəqqinin daha da irəliləməsinə xidmət edən müstəsna liderliyinizə şəxsi heyranlığımı bildirirəm.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edirəm. Qoy, Sizin növbəti prezidentlik dövrünüz Azərbaycan Respublikası üçün daha yüksək firavanlıq və uğur gətirsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin”.

13:43

Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən ali dövləti vəzifəyə seçilməyiniz uzun illər ölkəyə rəhbərliyiniz dövründə qazandığınız ümumxalq etimadının göstəricisidir. Seçicilərin əksəriyyətinin sizə səs verməsi onu göstərir ki, insanlar sizin simanızda onların ehtiyaclarına və istəklərinə həmişə diqqətlə yanaşan, daxili və xarici siyasət üzrə aktual məsələləri səmərəli şəkildə həll edə bilən təcrübəli və nüfuzlu milli lider görürlər.

Sizə möhkəm cansağlığı və həmişə ruh yüksəkliyi, rəhmli Tanrıdan kömək və Azərbaycan Respublikasının Prezidenti ali vəzifəsində yeni-yeni uğurlar arzulayıram".

12:07

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində növbəti inamlı qələbəniz münasibətilə təbrik edirəm.

Seçkilər bütün dövlətlərin tarixində mühüm mərhələdir. Azərbaycan vətəndaşlarının öz iradəsini sərbəst şəkildə ifadə etmələri xalqın sıx birliyini göstərdi, Sizin müdrik rəhbərliyinizlə ölkənin irəlilədiyi kursa etimadın yüksək səviyyəsini nümayiş etdirdi. Əminəm ki, Sizin peşəkarlığınız və zəngin təcrübəniz sosial-iqtisadi sabitliyin təmin olunmasına, xalqın rifah halının yüksəldilməsinə və Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun gələcəkdə də artmasına kömək edəcəkdir.

Rusiya-Azərbaycan münasibətləri həmişə möhkəm dostluq bağlarına və mehriban qonşuluq prinsiplərinə əsaslanıb. Bu münasibətlər, o cümlədən parlament xətti ilə əlaqələr indi də konstruktiv istiqamətdə inkişaf edir, müttəfiqlik tərəfdaşlığını və qarşılıqlı faydalı əməkdaşlığın potensialını üzə çıxarmaqda davam edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Azərbaycan xalqının rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzu edirəm.

Ən səmimi ehtiramımı qəbul edin”.