Türkiyədən zərbə PUA-sı ilə bağlı möhtəşəm paylaşım: “Yalnız biz görəcəyik” - VİDEO

Turkiyənin aerokosmik sənaye şirkəti TUSAŞ yeni zərbə PUA-sı “Anka-3”lə bağlı paylaşım edib.

Lim10.az-ın məlumatına görə, video şirkətin “X” sosial şəbəkə hesabında dərc olunub.

Kadrlarda “Anka-3”ün 1 saat 10 dəqiqə ərzində 8 min fut hündürlükdə, saatda 150 dəniz mili sürətlə uçması əks olunub.

“Onu ancaq biz görəcəyik!” - deyə paylaşımda bildirilib.