Münhen Təhlükəsizlik Konfransı başlanır

Fevralın 16-da Münxen Təhlükəsizlik Konfransı başlanır. Konfrans ABŞ-da seçki kampaniyasının qızışdığı, keçmiş prezident Donald Trump (Donald Tramp) ilə hazırda vəzifədə olan prezident Co Baydenin (Joe Biden) yenidən seçkidə rəqib olacağı ehtimalının artdığı, Konqresdə isə ABŞ-ın böyük hərbi yardım paketinin ləngidiyi bir vaxtda keçirilir.
Konfransın açılış günündə ABŞ vitse-prezidenti Kamala Harris çıxış edəcək. Fevralın 17-də isə Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışı gözlənilir. Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Zelenski ilk dəfədir konfransda fiziki iştirak edir. O, ötənilki konfransa onlayn qoşulmuşdu.
Beynəlxalq təhlükəsizlik siyasətinin müzakirəyə çıxarıldığı bu illik forumda dünyanın 50-dək lideri iştirak edir. Rusiya və İran hökumətləri dəvət olunmayıb.
Gözlənir ki, Harris Amerika xalqının Bayden administrasiyasının Ukraynaya yanaşmasına dəstəyi davam etdirəcəyinə inamını bildirəcək.
Albaniyaya səfər etmiş ABŞ dövlət katibi Entoni Blinken (Antony Blinken) də Münxen konfransında iştirak edəcək.