Kemeron yeni “Avatar”la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron “Avatar”ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib.

“Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikdə üç film - “Avatar 3”, “Avatar 4” və “Avatar 5” üçün olan material doqquz saatlıqdır. Yəni, hər film üç saatdır. Bu necə doqquz saata çevrilə bilər, təsəvvür edirsinizmi?” -  deyə Kameron bildirib.

Mənbə: Gazeta.ru