Rusiyada dezinfeksiya vasitələrinin istehsalı müəssisəsində güclü yanğın - VİDEO

Udmurtiyanın paytaxtı İjevskdə (Rusiya) sənaye binasında 3,5 min kvadratmetr sahədə yanğın baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, yanğın peşəkar yuyucu və dezinfeksiyaedici vasitələr istehsal edən müəssisədə qeydə alınıb.

Hadisə yerinə 100-dən çox mütəxəssis və 33 texnika cəlb edilib. Hazırda yanğın lokallaşdırılıb. Xəsarət alan yoxdur.

Fövqəladə vəziyyətin səbəbləri və şəraiti müəyyənləşdirilir.