MİT: “Suriyada PKK-nın iranlı liderlərindən biri məhv edilib” - FOTO
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalındakı Qamışlı bölgəsində xüsusi əməliyyat zamanı PKK-nın iranlı liderlərindən Fatma Sakananı zərərsizləşdirib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilir ki, “Surhin Rujhelat” kod adlı terrorçu 2006-cı ildə İrandan terrorçu qruplaşmaya cəlb olunub və 2010-12-ci illərdə Şırnakda fəaliyyət göstərib. O, həmçinin, 2012-ci ildə 10 türkiyəli əsgərin şəhid olmasının səbəbkarlarından biri olub.