Süni intellekt şirkətinin inanılmaz dəyəri açıqlandı

“OpenAI” şirkəti “Thrive Capital” ilə 80 milyard dollarlıq səhm satışı müqaviləsi bağlayıb.

Məlumata görə, 2023-cü ilin əvvəlindən startapın dəyəri üç dəfə artıb.

Səhmlər tender təklifi çərçivəsində satılır.

Bildirilir ki, “OpenAI” işçiləri səhmlərini satışa təqdim edə bilərlər.

Qeyd edək ki, sözügedən müqavilə “OpenAI”ni dünyanın ən dəyərli şirkətlərindən birinə çevirib.

Mənbə: snob.ru