Əfqanıstanda zəlzələ oldu, Özbəkistan və Türkmənistanda hiss edildi

Əfqanıstanın şimalında beş bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 303 min insanın yaşadığı Məzari-Şərif şəhərindən 22 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Zəlzələnin qonşu Özbəkistan və Türkmənistanda hiss edildiyi bildirilib.

Mənbə: Haber Global