Nikolas Keyc “qara hörümçək adam”ı canlandıra bilər

“Sony” və “Amazon” “qara hörümçək adam” haqqında tamhüquqlu serial üzərində işləyir.

Məlumata görə, serialda baş rolu Nikolas Keyc canlandıra bilər.

O, artıq bir dəfə cizgi filmində “qara hörümçək adam” obrazını səsləndirib.

Bildirilir ki, hazırda rol üçün Keyclə danışıqlar aparılır.

Serial “Amazon Prime Video” onlayn kinoteatrı üçün yaradılır, lakin buraxılış tarixi hələ məlum deyil.

Mənbə: championat.com