“X” sosial şəbəkəsi Yuliya Navalnayanın səhifəsini bərpa etdi - YENİLƏNİB + FOTO

Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın “X” sosial şəbəkəsində bu gün bloklanan səhifəsinin fəaliyyəti bərpa edilib.

Bloklamanın səbəbləri hələlik məlum deyil.

Xatırladaq ki, Alekseyin işini davam etdirəcəyini vəd edən Navalnayanın səhifəsinə gün ərzində 97 min nəfər abunə olub.

Mənbə: meduzalive

17:36

“X” sosial şəbəkəsi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnayanın hesabını bloklayıb.

Navalnayanın hesabını açmağa çalışarkən, bildiriş gəlir ki, “hesab dayandırılıb”.

Qeyd edək ki, Yuliya fevralın 19-da sosial şəbəkədə hesab açıb.

Mənbə: meduza.io