Putin təbəssümlə Ukraynaya xəbərdarlıq edir

"Müharibə daha da ciddiləşə bilər"

Prezident Vladimir Putin cümə günü Ukraynanın ildırım sürətli əks-hücumunu təbəssümlə qarşıladı, lakin qoşunlarına daha çox təzyiq ediləcəyi təqdirdə Rusiyanın daha sərt cavab verəcəyi barədə xəbərdarlıq etdi.

Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra çıxış edən Putin "xüsusi əməliyyat"ı (işğalı) Qərbin Rusiyanı parçalamaq planının qarşısını almaq üçün zəruri addım kimi qiymətləndirib.