Ermənilər Azərbaycan səfirliyinə hücum etdi

Livandakı Azərbaycan səfirliyinə hücum olub.

Ermənilərdən ibarət izdiham Beyrutdakı Azərbaycan diplomatik nümayəndəliyinə soxulmağa cəhd göstərib. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçı kütlənin qarşısını kəsib.

Baş verən hadisənin təfərrüatları barədə geniş məlumat açıqlanmayıb.