Ermənistan ordusunun kəşfiyyat PUA-sı zərərsizləşdirildi

Naxçıvanda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.

Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən nəticə əldə etməyən Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində kəşfiyyat fəaliyyətini davam etdirir.

“Sentyabrın 16-da günorta saatlarında Naxçıvan Muxtar Respublikasında ordunun müdafiə mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar edilərək xüsusi avadanlıqla endirilərək zərərsizləşdirilib. texniki vasitələr," -məlumatda deyilir.