“Spokoynoy noçi, malışi!” verilişində kuklalardan birini səsləndirən məşhur aktyor vəfat edib - FOTO
Rusiyanın uşaqlar üçün məşhur “Spokoynoy noçi, malışi!” (“Gecəniz xeyrə qalsın, uşaqlar!”) adlı televiziya proqramında ayı balası “Mişutka”nı səsləndirən aktyor İqor Kapatov vəfat edib.
Bu barədə onun 1977-1982-ci illərdə işlədiyi Başqırdıstan Dövlət Kukla Teatrından məlumat verilib.
71 yaşlı aktyorun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Kapatov həm də rejissor və quruluşçu rəssam kimi tamaşalar üzərində çalışıb. 1993-cü ildə Başqırdıstan Respublikasının xalq artisti adına layiq görülüb, 2003-cü ildən 2016-cı ilə qədər “Spokoynoy noçi, malışi!” verilişində işləyib.
Mənbə: Kommersant