ABŞ Konqresi Nensi Pelosini istefaya cağırdı
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Demokratlar Partiyasının ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərinin nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir.
Newsweek-in məlumatına görə, demokrat konqresmen Alis Slotkin belə hesab edir.
Onun sözlərinə görə, Konqresin aşağı palatasının rəhbərini dəyişməyin vaxtı çatıb.
“Bizim Nümayəndələr Palatasında rəhbərliyi dəyişməyin vaxtıdır. Rəhbərlikdə Nyu-Yorkdan və Kaliforniyadan hədsiz çox konqresmen var. Mən daha çox müxtəliflik görmək istərdim”, - Slotkin bildirib.
Konqresmenlərin nöqteyi-nəzərinə görə Pelosi getməli və yerini ölkənin mərkəzi və şimal-şərq hissəsindən 12 ştatın daxil olduğu ABŞ-ın coğrafi bölgəsi olan Orta Qərbin nümayəndələrinə verməlidir. Slotkin ştatın bu hissəsindən olan seçicilərin buna ehtiyacı olduğunu vurğulayıb.