Aİ Macarıstanı Rusiyayönümlü siyasətə görə cəzalandıra bilər
Ötən gün Macarıstanin baş naziri Viktor Orban Ukrayna ilə bağlı sərsəm bəyanatlarını səsləndirməklə yenidən özünü biabır edib.
Beləliklə, o, Rusiya Federasiyasına qarşı sanksiyaların ləğvinə çağırıb. Həmçinin Ukraynada müharibənin 2030-cu ilə qədər davam edəcəyini və nəticədə Rusiyanın Ukrayna ərazisinin təxminən üçdə birini işğal edəcəyini proqnozlaşdırıb.
Bundan sonra Avropa Komissiyası Aİ-nin balanslaşdırılmış inkişaf fondundan üç əsas proqram üçün Macarıstana təxminən 7,5 milyard avro məbləğində maliyyənin dayandırılmasını tövsiyə edib.