Ermənilərin itkiləri 207-yə çatdı

Ermənistan Təhlükəsizlik Şurası sentyabr döyüşlərində itkilərin yeni rəqəmlərini açıqlayıb.

Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlər zamanı ölən və itkin düşən erməni hərbçilərin sayı 207-yə çatıb.

Caliber.Az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir.

Məlumata görə, 293 erməni hərbçisi yaralanıb, 20 hərbçi əsir götürülüb.