Putin səfərbərlik elan etdi

Putin Rusiya Federasiyasında qismən səfərbərlik elan edib.

Səfərbərlik fəaliyyətləri bu gündən başlayacaq. Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq.

Bölmələrə göndərilməzdən əvvəl hərbi xidmətə çağırılanlar xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla, mütləq əlavə hərbi hazırlıq keçəcəklər.