Üç KTMT ölkəsi vətəndaşlarına Ukraynada döyüşməyi qadağan etdi

Rusiya Federasiyasının KTMT üzrə üç müttəfiqi Ukraynada müharibədə iştirak etdikləri təqdirdə vətəndaşlarına qarşı cinayət məsuliyyəti elan ediblər

Belə ki, Özbəkistan, Qazaxıstan və Qırğızıstan öz vətəndaşlarına Rusiya üçün döyüşməyi qadağan edib. Ölkələrin hökumətləri öz vətəndaşlarına xatırladıblar ki, əgər onlar Ukraynada hərbi əməliyyatlarda iştirak etsələr, onları vətənlərində cinayət cəzası gözləyir.