"İrəvan Tehrana xəyanət etməyib"


İranlı jurnalist Əli Heydəri qəzərli tvit paylaşıb: “ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri barədə İranda müxtəlif fikirlər səslənir və bəziləri bunu İrəvanın Tehrana xəyanəti və İrana qarşı yeni təhlükə hesab edirlər”.

“Təsəvvür edirəm ki, Tehrana xəyanət etmək və ya Qafqazda Tehrandan yan keçmək barədə deyilənlər məlumatsızlıqdan və ya xüsusi məqsədlərdən irəli gəlir: Halbuki son hadisəni İranın milli maraqlarına uyğun dəyərləndirmək olar. ABŞ və Rusiya Bakı və Türkiyənin qeyri-məhdud rol oynamasına icazə verməyəcəklər və onların hər birinin bu məsələdə öz səbəbləri var”,- o iddia edib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və İran bölgədə yeni savaşa və geosiyasi dəyişikliklərə imkan verməyəcək. Bakının indiyədək atdığı addımlar öz işğal olunmuş əraziləri çərçivəsində olub, bunun hüquqi və beynəlxalq əsasları var, amma onun hüdudlarından kənar etdikləri İran, ABŞ və Rusiya tərəfindən qəbul edilmir.

https://bit.ly/3xEOl0h