Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb
Sentyabrın 22-də gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribata cəhd ediblər.
düşmən bu istiqamətdə yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatanlardan və minaatanlardan atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupu göstərilən ərazilərdə dərələri minalayaraq bölmələrimizə basqın etməyə cəhd göstərib.
Azərbaycan ordusunun bölmələrinin gördüyü cavab tədbirləri nəticəsində Ermənistan tərəfi geri çəkilməyə məcbur olub.
Qeyd edək ki, Ermənistan tərəfi sentyabrın 21-də Azərbaycan ordusunun bölmələri tərəfindən guya atəşə tutulması ilə bağlı dezinformasiya yaymaqla, gecə saatlarında törətdikləri təxribata zəmin yaratmağa çalışıb.
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür