Paşinyan BMT tribunasında...
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının tribunasından istifadə edərək yenidən Azərbaycandan şikayət edib və Ermənistan-Azərbaycan sərhədində beynəlxalq müşahidə missiyasının həyata keçirilməsinə çağırıb.
Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib: “Azərbaycandan yeni təcavüz ehtimalı yüksək olaraq qalır”.
Baş nazir Ermənistan cəmiyyətində “çətin suallar”ın yaranmasına səbəb olan regional təhlükəsizlik təşkilatlarının bu vəziyyətə “düzgün reaksiya verməməsindən” təəssüfləndiyini bildirib.
"Hesab edirik ki, beynəlxalq ictimaiyyətin bu prosesə hərtərəfli cəlb olunması prinsipial əhəmiyyət kəsb edir. Ermənistan-Azərbaycan sərhədinə bitişik rayonlarda beynəlxalq müşahidə missiyası regional sabitliyin gücləndirilməsi üçün mühüm amilə çevriləcək", - baş nazir yekunlaşdırıb.