İranın maliyyələşdirdiyi yürüş iştirakçıları iğtişaşçıları edam etməyə çağırır

Reuters yazır ki, İran dövlətinin maliyyələşdirdiyi yürüş iştirakçıları iğtişaşçıları edam etməyə çağırır.

Cümə günü İranın bir sıra şəhərlərində polis nəzarətində olan qadının ölümü ilə nəticələnən ümummilli hökumət əleyhinə etirazlara qarşı dövlət tərəfindən təşkil edilən nümayişlər, iğtişaşçıların edam edilməsini tələb edən yürüş iştirakçıları ilə başlayıb.

Nümayişçilər hökumət əleyhinə etirazçıları "İsrail əsgərləri" kimi qınayıblar, dövlət televiziyası canlı yayımda göstərib. Onlar həmçinin “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarlarını səsləndiriblər