Slovakiyada seçkilərdə hakim koalisiyanın namizədi qalib gəlib
Şənbə günü Slovakiyada keçirilən prezident seçkisində parlamentinin sədri və hakim koalisiyaya daxil olan “Qlas” Partiyasının namizədi Peter Pelleqrini qalib olub.
Bu barədə Slovakiya mətbuatı məlumat yayıb.
Bildirilib ki, Pelleqrinini seçicilərin 44,85 faizi dəstəkləyib. Onun əsas rəqibi, Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri İvan Korçok 25,64 faiz səs toplayıb.
Əgər birinci turda favoritlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, ölkə aprelin 6-da keçiriləcək ikinci turla qarşılaşacaq.
Statistika İdarəsinin məlumatına görə, şənbə günü keçirilən seçkidə səsvermə hüququna malik 4 330 000 çox insan üçün 5 900 seçki məntəqəsi açıq olub.
Slovakiyada Prezident ümumxalq səsverməsi yolu ilə beş il müddətinə seçilir.
Prezidentliyə doqquz namizəd mübarizə aparıb. Slovakiya tarixində ilk qadın prezident, 2019-cu ildən bu vəzifədə çalışan Zuzana Çaputova hazırkı seçkidə iştirak etməmək qərarına gəlib.
Yekun nəticələr seçki və siyasi partiyaların maliyyələşməsinə nəzarət üzrə dövlət komissiyası tərəfindən təsdiqləndikdən sonra martın 24-də məlum olmalıdır.