Tramp Luizianadakı ilkin seçkilərdə qalib gəldi

ABŞ-nin keçmiş prezidenti və qarşıdan gələn prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp Luiziana ştatında keçirilən praymerizdə (ilkin seçkilər - red.) qalib gəlib.

Praymerizin nəticələrinə görə, Tramp 164 min səs toplayıb ki, bu da ümumi səslərin 90%-ni təşkil edib.

Sonrakı yerdə 12 min və ya 6,6% səs toplayan Nikki Heyli gəlir.

Praymerizin nəticələrinə görə, Respublikaçılar Partiyasından ilk üçlüyü təxminən üç min səs toplayan Ron DeSantis qapayır ki, bu da 1,6% təşkil edir.

Qeyd olunub ki, ABŞ-nin hazırkı prezidenti Co Bayden Demokratlar Partiyasından qalib olub. Ona 132 min nəfər, yəni ümumi əhalinin 85,9%-i səs verib.

Mənbə: iz.ru