"Biz sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik”

İranlı generaldan təhdid: "Biz region ölkələrinin sərhədlərində dəyişikliklərə dözməyəcəyik"

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri deyib: “Azərbaycana və Ermənistana problemlərini dialoq yolu ilə həll etməyi məsləhət görürük”.

Sentyabrın 22-də İran silahlı qüvvələrinin xüsusi paradı zamanı general “biz sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik” deyə vurğulayıb.

O, habelə əlavə edib: “Biz Fars körfəzi ölkələrindən sionist rejimin fitnə-fəsadlarına qarşı diqqətli olmasını gözləyirik”.

“Bizə qarşı təhlükə hiss etsək, sionist rejimin ünsürləri və onların havadarlarını cəzalandıracağıq”,-general Baqeri bildirib.

https://bit.ly/3xEIF6o