Putin qoşunlara Xersondan geri çəkilməyi qadağan etdi

 

Son həftələr Kremlin sahibi - Putin müharibənin strateji planlaşdırılmasında birbaşa iştirak edib. Komandirlərin Xersondan geri çəkilmək tələbi ilə Putin razılaşmayıb, bundan imtina edib. Bu barədə “The New York Times” yazır.

Nəşrin jurnalistləri qeyd edirlər ki, Xersonu tərk etmək ruslara texnika saxlamağa və əsgərlərin həyatını xilas etməyə imkan verəcək. Amma Putini az maraqlandırır. Ardıcıl ikinci məğlubiyyətə uğraması onun üçün çox alçaldıcıdır.

Arlinqton Müdafiə Tədqiqat İnstitutundan Maykl Kofmanın sözlərinə görə, qərar vermənin kritik anlarında Putin variantları daha da pisləşənə qədər reallıqla üz-üzə gəlməkdən imtina edib.

Diktator iqtidarın özündən daha çox simasını itirməkdən qorxur.