Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib.

Bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

Qeyd edək ki, R.Məcid bu postda Əflatun Amaşovu əvəz edib.