Aİ Putinin nüvə hədəsinə ciddi yanaşır

"Putin blef etmir, Aİ onun nüvə təhdidlərini ciddi qəbul etməlidir" - Borrell

"Bu, şübhəsiz ki, təhlükəli məqamdır, çünki Rusiya ordusu küncə sıxışdırılıb və Putinin reaksiyası - nüvə silahından istifadə etməklə hədələməsi - çox pisdir", - Borrell deyib.

Onun sözlərinə görə, müharibə “təhlükəli an”a çatıb.
Xatırladaq ki, bu həftənin əvvəlində Putin ölkəsinin "müxtəlif məhvetmə silahlarına" malik olduğunu və "bizim əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik" -,  deyə bildirərək, əlavə edib: "Mən blef etmirəm"