Ceyhun Bayramov BMT-də çıxış edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edib:
- Ermənistan 30 ildir ki, etnik təmizləmə aparır və bu əraziləri dünyanın başqa yerindən gələn ermənilərlə məskunlaşdırır. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
- Azərbaycan qaçqınların işğaldan azad edilmiş ərazilərə qayıtması üçün çoxlu işlər görür.
- Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir.
- Biz bir-birimizin ərazi bütövlüyünü tanımaq şərti ilə Ermənistanla münasibətləri yaxşılaşdırmağa hazırıq.
- Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam çıxarmayıb və təxribatlara əl atır.
- Ermənistan sentyabrın 12-dən 13-dək Azərbaycanın mövqelərini atəşə tutub. Azərbaycan cavab tədbirləri görüb. Qoşunlarımız təmkinlilik prinsipinə sadiq qaldı.
- Atəşkəs iki tərəfin birbaşa təmasları sayəsində həyata keçirilib.
- Hər dəfə danışıqlarda irəliləyişin həlledici mərhələsində erməni tərəfi təxribatlara əl atır və qəti addımlar atmaqdan imtina edir.
- Hər iki xalqımızın münaqişədən sonrakı prosesdə iştirak etməyə başlamasının vaxtı çatıb. Ümid edirik ki, Ermənistan danışıqlarda konstruktiv iştirak edəcək.
- Dünyada qloballaşma dövründə heç bir ölkə ada kimi qala bilməz.
- Azərbaycan “yaşıl” iqtisadiyyatı inkişaf etdirməyi hədəfləyir. Bu, Azərbaycan iqtisadiyyatının inkişafı üçün beş prioritet istiqamətdən biridir.
- Azərbaycan bərpa olunan enerji sektorunu aktiv şəkildə inkişaf etdirən azsaylı ölkələrdən biridir, eyni zamanda enerji resurslarının etibarlı təchizatçısı olaraq qalır.
- YUNESKO-nu Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xüsusi missiya göndərməyə çağırırıq.
- Azərbaycan 2021-2022-ci illərdə işğaldan azad edilmiş ərazilərinin bərpası üçün 3 milyard dollara yaxın vəsait göndərib.