Rusiya bir gündə 4 qırıcı itirdi

Ukrayna Silahlı Qüvvələri bir gündə dörd rus təyyarəni, beş PUA və bir qanadlı raketi məhv edib.

Ukraynanın hava hücumundan müdafiə bölmələri bir Su-25, iki Su-30 və bir Su-34-ü məhv edib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin raket qoşunları və artilleriyası 4 komanda məntəqəsini, düşmənin 10-dan çox canlı qüvvəsi və texnikasının cəmləşdiyi ərazini, 3 hava hücumundan müdafiə mövqeyini və 4 silah-sursat anbarını vurub.