İranda gedən proseslər kürd problemini həll edə bilər
Hidayət İsmayılov
Son günlər İranı bürüyən etiraz aksiyaları indiki templə davam etsə, bu yalnız ölkə daxilində deyil, həm də regionun geopolitik dizaynında ciddi dəyişikliklərə gətirib çıxara bilər. Oxucuların diqqətini hələlik yalnız bir məqama cəlb etmək istərdik - Türkiyə və kürd probleminə.
Əgər İranda ayaqlanmadan isdifadə edərək, kürdlərə ciddi dəstək verilərsə, BODP-nın (Böyük Orta Doğu Projesi) İrana aid hissəsində də layihəni reallaşdıra bilərlər.
Bu baş verəcəksə, projenin tam olaraq, həyata keçməsində nəzərdə turulmuş ərazilərdən yalnız Türkiyəyə aid olan hissə qalır.
İllər öncə yazmışdım ki, bu ölkələr arasında ərazi qoparmaq baxımından ən çətini İrandır.
Beləliklə, İraq, Suriya və İranla məsələ həll olunmuş hesab ediləcək.
Allah Türkiyəmizi bəlalardan qorusun!