Azərbaycan və İran səfirliyinə fərqli mûnasibət nədən qaynaqlanır?
İranın Fransada və Böyük Britaniyadakı səfirliyinə iranilı mühacirlər hücum təşkil edib
Ötən gün iranlı mühacirlər İranın Parisdəki və Londondakı səfirliklərinə hücum təşkil edib. Hər iki paytaxtda polis hücumçulara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edərək səfirliklərin müdafiə edilməsində fədəkarlıq göstərib. Hətta, mühacirlər arasında yaralananlar da olub.
Xatırlayırsınızsa, bir neçə həftə əvvəl Azərbaycanın da Parisdəki səfirliyinə hansısa "Əlinin qulları" adlı bir qrupun üzvləri hücum təşkil etmişdi. Həmin vaxt hücumçular səfirliyin içərisinə - səfirin iş otağina qədər girmiş, oradakı əşyaları sındırib, dağıtmış, bayrağımızı yerə ataraq təhqir etmişdilər. İndi maraqlı sual yaranır: eyni tipli hadisəyə münasibət nə üçün fərqlidir? İran səfirliyi bu cür fədakarlıqla qorunur, hücumçular səfirliyin 100 metrliyinə belə buraxılmır, amma Azərbaycan səfirliyinə hücum edənlər səfirin iş otağına qədər girir, Azərbaycan bayrağını yerə atır, polis isə heç nə olmamış kimi bu mənzərəni müşahidə edir?