Şəhidlərimizi layiqincə anaq, layiqincə yaşadaq...

Elyar İslamoğlu

 

Sabahdan 44 günlük Vətən müharibəsinin ikinci il dönümü başlayır.
Şəhidlərimizin də ikinci ili, anım günü olacaq.

Əziz ailələr, imkan verməyin yas mərasimində təşkilatçılar şou yaratsın, əlinizdə-ovcunuzda olanı mənimsəsin, yas mərasimində əndazə aşılsın.

Maketə toy etmək, şəhidin şəklini tortun üstünə vurub onu valideynə kəsdirmək, başdaşında şəhidin şəklinə çəngəllə tort yedizdirmək, qara rəngdə hava balonları hazırlamaq, mərasimə meyxanaçı, müğənni dəvət etmək və cəmiyyətdə qıcıq, gülüş yaradan digər hərəkətlər təşkilatçıların ağlının məhsuludur.
Hər mərasimdən ən azı 2-3 min manat da təşkilatçılar qazanır.

Sadə ehsan, sadə mərasim ən gözəlidir.
Şəhidlərimizin adına layiq hərəkət edək, onları layiqli yaşadaq.