Bakının “tülbənd”ləri: Bulvarda sakinlər üçün zərif sürpriz - FOTOREPORTAJ

Zanbaq deyəndə ağla ilk gələn Niderlandın rəngbərəng çölləri olur. Bu çiçəyin zərifliyinə işarə edən adı uzun yol “qət edib” - lap qədimlərdə türklərin gicitkəndən toxunmuş nazik parça mənasını verən “tülbənd” sözü sonradan italyan dilinə “tulipano” formasında keçib, daha sonra isə baş örtüyü mənasına gələn “türban” (“tulipan” - fransız), “tülpan” şəklini alıb.

Ağ, qırmızı, sarı, bənövşəyi, al - bir sözlə, az qala göy qurşağının bütün çalarlarını əxz eləmiş bu çiçəklərin gözəlliyindən həzz almaq üçün indi uzaq Amsterdama uçmağa gərək yoxdur. Çünki Bakının dənizkənarı bulvarındakı balaca yaşıl adacıqlar bu günlərdə zanbaqların rəngarəng müxtəlifliyindən bərq vurur.

PhotoStock.az gözlərə dinclik, könüllərə təravət ötürən mənzərələri lentə köçürüb:

Daha çox foto burada: PhotoStock.az

Xanım Aydın