İranlı professordan absurd iddia
"Bakı Türkiyənin təşviqi ilə İranın milli maraqlarının zəiflədilməsi yönündə qədəm götürüb"
İLNA-ya müsahibəsində Cənubi Alabama Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə fəxri professoru Nadir Entesar Azərbaycan Respublikasını “Bakı Respublikası” adlandırıb.
Sual: Qarabağ savaşından sonra Azərbaycan Naxçıvana çıxış əldə etmək üçün səylərini artırıb. Halbuki, İran uzun illərdir ki, Azərbaycan vətəndaşları və yük maşınlarının Naxçıvana çıxışı üçün öz ərazisindən tranzit marşrutu təmin edib. Belə bir marşrutun olmasına rəğmən Bakının bu addımının məqsəd nədir?
- "Bakı Respublikası" Türkiyə və müttəfiqlərinin təşviqi ilə bir müddətdir ki, İranın Qafqazda milli maraqlarını zəiflətmək üçün addımlar atır və təəssüf ki, Tehran Qarabağ müharibəsi ilə bağlı öz yanlış və passiv siyasəti ilə Bakının ambisiyalarına kömək edir.
Əlbəttə, rəsmi Bakı hələ öz məqsədinə çatmayıb. İranın yüksək rütbəli siyasi və hərbi rəsmilərinin son açıqlamaları göstərir ki, Tehran Bakının bu təhlükəli oyununun fərqindədir. Ümid edirəm ki, İran çox gec olmadan Qafqazda və Mərkəzi Asiyada strateji fəlakətin qarşısını almaq üçün lazımi qabaqlayıcı tədbirlər görəcək.