Vətəndaşların NƏZƏRİNƏ: Bir rayonun qaz təchizatında fasilə yaranacaq
Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə 29.03.2024-cü il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.