Bakıda MİS əməkdaşı maşınların arasında qalaraq ayaqlarını itirdi

Bakının Xətai rayonu Afiyəddin Cəlilov küçəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, əyləncə mərkəzinin məişət tuallantılarını yük maşınına yükləyən Mənzil İstismar Sahəsinin əməkdaşı, 51 yaşlı Məmməd Əzizağa oğlu Babakişiyevi “Toyota” markalı minik avtomobili vurub.

Zərbə zamanı yük maşınına çırpılan Məmməd Babakişiyev hər iki ayağından ağır xəsarət alıb.

Kliniki Tibbi Mərkəzə çatdırılan şəxs cərrahi əməliyyat edilib.

Növbətçi həkimin verdiyi məlumata görə, Məmməd Babakişiyevin ayaqları amputasiya edilib.

Hadisə üzrə əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.

Minik avtomobilinin sürücüsünün izahatı alınıb.

Faktla bağlı araşdırma aparılır.