Kredit faizlərində enmə gözləniləndirmi?

Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Mərkəzi Bankın uçot dərəcələrinin endirməsi ilə bağlı qərarının nəticələrindən daışarkən deyib. 

Ekspert həmçinin bildirib ki, kommersiya bankları kreditlərin faiz dərəcələrini müəyyənləşdirməkdə müstəqildir:

"Kommersiya bankları bu potensialdan istifadə edə də bilər, etməyə də".

Akif Nəsirlinin sözlərinə görə, Mərkəzi Bank kommersiya banklarına verdiyi kreditlərin faiz dərəcələri məhz bu uçot dərəcəsi ilə müəyyənləşir:

"Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditlərin faiz dərəcələri bu hədləri aşa bilməz. Çox təəssüf ki, Azərbaycan Mərkəzi Bankı çox az hallarda ölkənin kommersiya banklarına donorluq edir. Ona görə də faiz dərəcələri bir alət olaraq iqtisadiyyatda elə də ciddi təsirə malik deyil".

Akif Nəsirli hesab edir ki, faiz dərəcələrinin endirilməsi Mərkəzi Bankın göstərdiyi xidmətlərin qiymətini aşağı salır:

"Bu da sonda kommersiya banklarının rəsmiləşdirdiyi kredit faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxardır".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsinin endirilməsi ilə bağlı qərar verib. Qərara görə, AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,25%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25%-dən 5,75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,25%-ə endirilib.